Bakının Nardaran qəsəbəsində baş verən silahlı insidentlə əlaqədar Sabunçu Rayon Polis İdarəsi (RPİ) gücləndiriilmiş iş rejiminə keçib.
Hazırda RPİ-yə əlavə polis qüvvələri cəlb olunub.
Qeyd edək ki, Nardaranda keçirilən əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib. Dörd polis əməkdaşının öldüyü bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları qəsəbədə əməliyyat keçirən polislərə dəstək verib, saxlanılanlar var./report
7news.az








