“Hazırda bununla bağlı sənədlər toplanılır”.
Nardaran qəsəbəsində yolların genişləndirilməsi ilə əlaqədar söküntü ərazisinə düşən mülkiyyət sahiblərinə kompensasiyalar veriləcək.
Bunu Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
O qeyd edib ki, hazırda bununla bağlı sənədlər toplanılır:
“Bütün sənədlər toplanandan sonra aidiyyatı qurumlara təhvil veriləcək. Maliyyə Nazirliyi tərəfindən hər bir mülkiyyətçinin adına bank hesabı açılır. Vəsait bank hesabına qoyulur. Alqı-satqı prosesindən sonra vəsait mülkiyyətçinin bank hesabına ödənilir”.
7news.az








