7NEWS.az xəbər verir ki, Diyarbəkirdə itdikdən 19 gün sonra cansız cəsədi tapılan və boğularaq öldürüldüyü təsbit edilən 8 yaşlı Narin Güranın tibb ekspertizasının hesabatı tamamlanıb. Hesabatda "Narin Güranın ölümünün ağız-burnunun bağlanması və boynuna təzyiq nəticəsində oksigensiz qalması ilə baş verdiyi” təsbiti yer alıb.








