Xəbər verdiyimiz kimi, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın cəsədi aşkar olunub.
7News.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı saxlanılanların sayı artıb.
Ölkənin ədliyyə naziri Yılmaz Tunç saxlanılanların sayının 24-ə çatdığını bildirib.
Onun sözlərinə görə, hazırda həmin şəxslərin dindirilməsi davam edir. Bununla yanaşı, yaxın zamanlarda Narinin dəqiq ölüm səbəbinin açıqlanacağı qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl 21 nəfərin saxlanıldığı məlum idi. Onlar arasında Narinin anası, atası, qardaşı və əmisi də var.
--------------
2024.09.08
Türkiyənin Diyarbəkir şəhərində meyiti tapılan 8 yaşlı Narin Güranın istintaqı ilə bağlı 21 nəfər saxlanılıb.
7News.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında onun anası Yüksel Güran, atası Arif Güran və qardaşı da var.
Şübhəlilərin dindirilməsi davam edir.
Xatırladaq ki, Narin Güranin qardaşı daha əvvəl də istintaq çərçivəsində saxlanılmışdı.
Onu da bildirək ki, hadisə ilə bağlı azyaşlının əmisi, həm də Tavşantəpə kəndinin muxtarı olan Sami Güran həbs edilib.








