RU
Narkoloji Dispanserdə güclü yanğın: Onlarla ölən var – YENİLƏNİB + FOTOLAR
10:13
708

Narkoloji Dispanserdə güclü yanğın: Onlarla ölən var – YENİLƏNİB + FOTOLAR

Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 20-dən çoxdur.

Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

İlkin məlumata görə, hadisə zamanı 26 nəfər ölüb.

Yanğın nəticəsində xəsarət alanlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib.

***

Bakı şəhərinin Xətai rayonunda, Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Hadisə səhər saat 06:00 radələrində baş verib.

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində qeydə alınıb.

Yanğın zamanı ölən və xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yanğın zamanı 30-dan artıq pasiyent təxliyyə olunub./report

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ