Külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
7NEWS.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən E.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
E.Məmmədova Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə yekun ittiham verilib.
7NEWS.Az








