RU
Narkotik gözəl qızı bu günə saldı
12:30
1018

Narkotik gözəl qızı bu günə saldı

Şotlandiyanın Qlazqo şəhərində yaşayan Emi Tompson iki ay əvvəl qatıldığı partilərdən birində iki rəfiqəsi ilə birlikdə narkotik maddələr qəbul etmişdi.

Vəziyyətləri pisləşən və huşlarını itirən qızları təcili yardım xəstəxanaya aparıb.

Iki rəfiqəsinin müalicəsi qısa olsa da, Emi koma vəziyyətinə düşmüşdü.

Xəstəxanadan evə buraxılandan az sonra halı yenə pisləşən və reabilitasiya mərkəzinə aparılan Emi Tompson indi əlil arabasına məhkumdur.

Ailəsi və dostları Eminin müalicə xərclərini ödəmək üçün Facebook-da "Support For Amy" adlı qrup da yaradıblar./milli

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ