RU
Narkotik satıcısı ilə birlikdə yaşayan tutuquşunun başına gələnlər hər kəsi şok etdi - FOTO
15:20
412

Narkotik satıcısı ilə birlikdə yaşayan tutuquşunun başına gələnlər hər kəsi şok etdi - FOTO

Dəfələrlə ölümlə üzləşən Freddy adlı tutuquşu 4 il narkotik satıcısı ilə birlikdə yaşayıb. 

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, polis basqını zamanı Freddy vurulur. Nəticədə tutuquşunun 2 gözü kor olur.

Bundan əlavə tutuquşu gətirildiyi zooparkda ilan sancıb. İlan zəhərli olmadığına görə tutuquşunun həyatını xilas etmək mümkün olub. 

Bəxtsiz tutuquşu zooparka girən oğrular tərəfindən də qaçırılır. Amma bir müddət sonra geri gətirilir. Qəfəsində qanlar olan tutuquşunun onu oğurlayanları dişlədiyi bildirilir. 

Zooparkın baytarı bildirib ki, başına gələn bu qədər hadisədən sonra Freddinin həyatda qalması möcüzədir: "Freddy bəxtsizmi və ya şanslı bir quşdur bilmirəm".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ