Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yerləşən istirahət mərkəzlərindən birinin kotecində istirahət edən, rayonun Hişkədərə kənd sakini, Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə axtarışda olan 44 yaşlı Namiq Feyzullayev və Bakı şəhər sakini, Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə Nizami Rayon Polis İdarəsində axtarışda olan 39 yaşlı Elza Yarıyeva saxlanılıb.
7News.Az ARB TV-yə istinadla xəbər verir ki, saxlanılan zaman onun üzərindən 11.9 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
7News.Az











