RU
Narkotik satışı ilə məşğul olan qardaşlar tutulub
15:10
265

Narkotik satışı ilə məşğul olan qardaşlar tutulub

Bakıda narkotik satışı ilə məşğul olan qardaşlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7NEWS.Az-a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağcabədi rayon sakini olan iki qardaş şübhəli şəxs qismində saxlanılıb.
Şəxsi axtarış zamanı Təbriz Həsənovdan 7 qrama yaxın metamfetamin, 8 qramdan artıq tiryək, 4 qramdan artıq heroin, qardaşı Pərvizdən isə 8 qrama yaxın tiryək aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ