RU
Narkotik vasitə - heroin aşkarlanıb
17:15
259

Narkotik vasitə - heroin aşkarlanıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı özünü şübhəli apardığına görə saxlanılılıb və şifahi sorğu sual olunub.

O, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı isə onun üzərində olan cins şalvarının bel hissəsindən 1 bükümdə, ümumi çəkisi 2 qram olan qəhvəyi rəngli, narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ