RU
Narkotik yetişdirən şəxs tutuldu: “Bu yol adamı quyunun dibinə aparır” – VİDEO
15:40
487

Narkotik yetişdirən şəxs tutuldu: “Bu yol adamı quyunun dibinə aparır” – VİDEO

Ağdaş rayonunda narkotik bitkiləri yetişdirən və evində narkotik saxlayan şəxs saxlanılıb.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Pirəzə kənd sakini, 41 yaşlı Məhəmmədiyə Eminova məxsus evin həyətyani sahəsindən xüsusi üsulla yetişdirilmiş narkotik bitkilər tapılıb. Polis əməkdaşları baxış keçirərkən oradan ümumi çəkisi 207 kiloqram, hündürlüyü 4.5 metr olan 17 ədəd çətənə bitkisi aşkar edib. Bundan əlavə keçirilən əməliyyat zamanı Məhəmmədiyə Eminovun evinə baxış keçirilib və oradan qurudulmuş marixuana aşkar edilib.

Məhəmmədiyyə Eminov polis əməkdaşlarına ilkin ifadəsində narkotik kollara vaxtaşırı qulluq etdiyini və həmin bitkilərdən özü istifadə etdiyini bildirib./xezerxeber


 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ