RU
Narkotikin təsiri altında maşın sürən şəxs 5 günlük həbs edilib
17:10
860

Narkotikin təsiri altında maşın sürən şəxs 5 günlük həbs edilib

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir sürücü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən 7NEWS.Az-a verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 10-da Sumqayıt şəhər sakini Vüqar Hümbətəliyevin idarə etdiyi "Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə onun barəsində protokol tərtib olunub.
Abşeron rayon məhkəməsinin qərarı ilə V.Hümbətəliyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 gün müddətinə inzibati qaydada həbs edilib.

 7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ