RU
Narkotikin təsiri altında saxlanılan taksi sürücüsü xəstəxanada öldü - FOTO
22:50
272

Narkotikin təsiri altında saxlanılan taksi sürücüsü xəstəxanada öldü - FOTO

Bakıda narkotikin təsiri altında saxlanılan sürücü dünyasını dəyişib.

Paytaxtın Biləcəri qəsəbə sakini 39 yaşlı Tahir Fərzəliyev narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
O, saxlanılan zaman səhhəti pis olduğundan xəstəxanaya yerləşdirilib.

Lakin xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

T. Fərzəliyevin narkotikdən zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır./lent
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ