Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 87 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib.
7NEWS.Az xəbər verir ki, bu barədə 2022-ci ilin 11 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair hesabatında məlumat verilib.
Bildiirlib ki, məsuliyyətə cəlb edilmiş 87 xarici ölkə vətəndaşından 41-i İran, 9-u Gürcüstan, 12-si Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 18-i Rusiya vətəndaşı olub.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 045 kq 484,880 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.
7NEWS.Az







