NASA-nın 137 işıq ili uzaqlıqda həyat potensialı olan super Yer kəşf etdiyi açıqlandı. Kosmik Agentliyi 1 ilin 19 günə uyğun gəldiyi bu planeti daha yaxından müşahidə etmək üçün James Webb Kosmik Teleskopundan istifadə etməyi planlaşdırır.
7NEWS.az xəbər verir ki, NASA, 137 işıq ili uzaqlıqda həyatı dəstəkləyə biləcək super Yer kəşf etdiyini açıqladı. TOI-715 b adlanan bu planet Yerdən təxminən 1,5 dəfə böyükdür. O, ana ulduzunun yaşayış zonasında orbitə çıxır, yəni planetin səthində maye suyun əmələ gəlməsi üçün uyğun temperatur ola bilər.
7NEWS.az








