RU
NASA 16 milyon kilometr məsafə ilə optik rabitə rekordu qırıb
16:30
55

NASA 16 milyon kilometr məsafə ilə optik rabitə rekordu qırıb


NASA bir müddət əvvəl keçirdiyi DSOC təcrübəsi ilə yeni optik rabitə rekordu qırdı. Bu yeni texnika mövcud radiotezlik sistemlərindən 10-100 dəfə yüksək məlumat ötürmə sürətini təmin edir.

7NEWS.az xəbər verir ki, NASA-nın DSOC təcrübəsi, Yerlə Ay arasındakı məsafədən 40 dəfə çox olan təxminən 16 milyon kilometrlik heyrətləndirici məsafədən Kaliforniyadakı teleskopa yaxın infraqırmızı lazer siqnalı göndərərək optik rabitə üzrə yeni rekorda imza atdı. Göndərilən siqnallar da test məlumatları ilə birlikdə ötürülürdü. Hale Teleskopu lazer şüasını San Dieqodakı Palomar Rəsədxanasından aldı və bu, bu texnologiyanın indiyədək ən uzaq tətbiqinə çevrildi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ