RU
NASA-dan daha bir asteroid
12:18
809

NASA-dan daha bir asteroid

NASA Yerə nəhəng asteroidin yaxınlaşması barədə xəbər verib.

NASA-nın verdiyi məlumata görə 31 oktyabrda nəhəng asteroid Yer kürəsinə ən yaxın məsafədən keçəcək. Agentlik bildirib ki, göy cismi son dərəcə yüksək sürətlə hərəkət edir - 35 km / s. Tədqiqatçılar asteroidin Yer kürəsindən 499.000 km uzaqlığından keçəcəyini bildiriblər.

Asteroidin diametri 280-620 metr təşkil edir. Proqnozlara görə, səma cisimləri Yer üçün heç bir təhlükə yaratmır. Sonuncu dəfə belə böyük asteroid 2006-cı ildə planetımizə ən yaxın məsafədə yaxınlaşmışdı. Növbəti belə bir hadisənin 2027-ci ilin avqustunda baş verəcəyi gözlənilir./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ