7NEWS.az xəbər verir ki, yaxın gələcəkdə Yerlə toqquşma ehtimalının olduğu iddia edilən asteroidin Aya da çarpma ehtimalının olduğu ortaya çıxıb. NASA-nın hesablamalarına görə, 2032-ci ildə asteroidin Yerlə toqquşma ehtimalı təxminən 1 faizdən 2,3 faizə yüksəlib. Aya toqquşma ehtimalı 0,3 faiz olaraq hesablanır. Alimlər toqquşma nəticəsində qopmuş bəzi parçaların Yerə düşə biləcəyindən şübhələnirlər.








