NASA mütəxəssisləri Marsda ən soyuq yerin şəkillərini yayıblar.
7news.Az RİA "Novosti”yə istinadən xəbər verir.
"Qırmızı planetin” Cənub qütbünün şəklində, quru buzun artmasından yaranan qütb papağı təsvir edilib. O, qış dövründə qar şəklində yağan karbon qazından əmələ gəlir.
Soyuq aylarda planetin bu hissəsində temperatur Selsi üzrə mənfi 130 dərəcəyə çatır.
Fotoşəkilləri MRO orbital stansiyasında quraşdırılmış yüksək keyfiyyətli HİRİSE kameraları ilə çəkiblər.
7news.Az








