7NEWS.az xəbər verir ki, Science News internet saytının xəbərinə görə, canlı sistemlərdə də rast gəlinən karbon və hidrogendən ibarət üzvi molekullar Marsda daha əvvəl də həyatın ola biləcəyinə işarə edir. NASA-nın Perseverance roveri tərəfindən tapılan üzvi molekullar Marsda həyatın tikinti blokları kimi görülsə də, planetdə daha mürəkkəb geokimyəvi dövrün mövcud ola biləcəyi proqnozlaşdırılır. Molekulun əmələ gəlməsi prosesi ilə bağlı müxtəlif fərziyyələr olsa da, tədqiqatçılar üzvi molekulların hansı növ olduğunu hələ müəyyən etməyiblər. Karbonun kəşfi Marsda həyatın mümkünlüyünü ortaya çıxarsa da, onun qeyri-bioloji proseslərlə əmələ gəlməsinin mümkünlüyü qiymətləndirilir. Marsdakı Gale kraterində daha əvvəl də üzvi molekullar aşkar edilmişdi.
7NEWS.az








