7NEWS.az xəbər verir ki, kosmik alimlərin "şəhər qatili” adlandırdığı asteroid sürətlə Yerə yaxınlaşır. NASA mühəndisi Devid Rankin 2032-ci ildə planetə 2,3 çatma ehtimalı olan asteroidin risk dəhlizinin xəritəsini tərtib edib. Asteroidin hazırkı orbitini nəzərə alan Rankin, 2024 YR4-ün Cənubi Amerikanın şimalından başlayaraq, Sub-Sahara Afrika və Asiyaya qədər uzanan bir bölgəni vura biləcəyini proqnozlaşdırdı. Bu marşrut Hindistanın Çennai və Çinin Haynan adası kimi əhalinin sıx məskunlaşdığı əraziləri əhatə edir.








