7NEWS.az xəbər verir ki, ABŞ Aerokosmik Agentliyinin (NASA) Marsda başqa planetdə uçan ilk təyyarə kimi tarixə düşən mini helikopteri "Ingenuity” bir daha uça bilməyəcək. NASA-dan verilən açıqlamada yanvarın 18-də son uçuşunu həyata keçirən helikopterin pərvanələrindən birində sınıq olması nəticəsində yararsız hala düşdüyü bildirilib. Helikopter təcili eniş etdikdən sonra NASA-nın təməlqoyma missiyası başa çatıb.
7NEWS.az








