RU
NASA-nın proqnozu, yoxsa uydurma?
23:32
3761

NASA-nın proqnozu, yoxsa uydurma?

NASA-nın dünyanın 15 gün qaranlıqda qalacağı ilə bağlı bəyanatı KİV-lərin uydurmasından başqa bir şey deyil. Şamaxı Rəsədxanasının elmi işçisi Ətayi Ədalət NASA-nın bu tip elmi əsası olmayan fikirlər səsləndirəcəyini istisna edib.

NASA-nın adından yayılan hesabatda bildirilir ki, Venera və Yupiter planetləri paralel bir müstəvidə dayanacaq və Günəşdə növbəti partlayış baş verəcək. Nəticədə noyabrın 14-dən günəş mavi çalarlı olacaq. Onun yenidən öz rəngi və temperaturuna qayıtması noyabrın 30-na qədər vaxt alacaq. Şamaxı Rəsədxanasının elmi işçisi Ətayi Ədalət isə deyir ki, planetlərin kütləsi günəşin kütləsindən qat-qat az olduğundan bu cür təsirin baş verməsi mümkün deyil.

NASA-nın direktoru Çarlz Boldenin adından yayılan bəyanatda deyilir ki, noyabrın 14-də Venera və Yupiter planetləri arada cəmi 1 dərəcə məsafə qalacaq formada dayanacaqlar. Azərbaycanlı alimsə deyir ki, planetlər arasındakı real məsafə bu məlumatla heç cür uyğun gəlmir.

Bununla yanaşı Şamaxı Rəsədxanasının elmi işçisi günəşdə partlayışların olacağını istisna da etmir. Belə partlayışlar daimi olaraq baş verir. Beləliklə, alim iddia edir ki, KİV-də noyabrın 14-dən yer kürəsində havanın 15 gün müddətinə qaranlıq olacağı ilə bağlı yayılan informasiyaların elmi əsası yoxdur. Ətayi Ədalətin fikrincə, NASA kimi ciddi təşkilat bu cür hesabat yaya bilməz.

NASA-nın adından bəzi media nümayəndələri bunu yaya bilirlər. NASA kifayət qədər elmi təşkilatdır. Bəyanatın elmi əsası yoxdur. Əslində NASA-da qeyri-elmi belə fikir səslənə bilməz. Bu, KİV-in uydurmasıdır. Narahatlığa əsas yoxdur. Əgər azərbaycanlı alimin dediyi ki, bu informasiyanın heç bir elmi əsası yoxdursa, dünya əhalisini narahat edə biləcək belə dezinformasiyaların yayılması həm etik, həm də hüquqi baxımdan yolverilməzdir./ttv

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ