NASA kosmik agentliyi Yupiter planetinin bulud örtüyünün müşahidə olunduğu unikal fotoşəkilləri dərc edib.
7news.Az Azərtac-a istinadla xəbər verir ki, "Yunona” aparatı tarixdə ilk dəfə olaraq Yupiterin şimal və cənub qütblərinin görüntülərini çəkib. Tədqiqatçılar əldə olunan şəkillərin yüksək keyfiyyəti sayəsində infraqırmızı şüada Yupiterdə qütb parıltısını müşahidə ediblər. Fotoşəkillər göy cisminin qasırğa sisteminin tədqiqinə və bu planetdə bərk nüvənin olub-olmadığı barədə nəticə çıxarmağa imkan verəcək.
"Yunona” zondu fəzaya 2011-ci ildə Kanaveral burnundan buraxılıb. Yaxın iki il ərzində planetin orbitində qalması planlaşdırılan aparat Yupiterin ətrafında daha 30 dəfədən çox dövrə vuracaq.
7news.Az









