RU
NATO Baş katibi və Britaniya XİN başçısı Ukrayna ilə bağlı vəziyyəti müzakirə edib
23:10
871

NATO Baş katibi və Britaniya XİN başçısı Ukrayna ilə bağlı vəziyyəti müzakirə edib

NATO Baş katibi Yens Stoltenberq Britaniyanın xarici işlər naziri Liz Trussla görüşüb.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Yens Stoltenberqin mətbuat katibi Oana Lungesku "Twitter"də bildirib.

Tərəflər Ukrayanda və onun ətrafında Rusiya hərbi qüvvələrinin toplanması və bunun Avropanın təhülkəsizliyi üçün təsirlərini müzakirə ediblər.

Yens Stoltenberq Böyük Britaniyanın NATO-nun kollektiv müdafiəsinə verdiyi töhfələrə və Ukraynaya verdiyi güclü dəstəyə görə Britaniya XİN rəhbərinə təşəkkür edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ