NATO Kosovonun Türkiyə istehsalı olan Bayraktar PUA-ları almasına reaksiya verib. Açıqlamada KFOR-un Kosovonun hava məkanına cavabdeh olduğu vurğulanıb.
7NEWS.az xəbər verir ki, son aylar etnik gərginliyə səhnə olan Kosovonun Türkiyə istehsalı olan "Bayraktar TB2” pilotsuz uçuş aparatı NATO-dan reaksiya alıb. Bölgədə fəaliyyət göstərən NATO-ya bağlı KFOR Sülhməramlı Qüvvələrinin dünən verdiyi açıqlamada KFOR Sülhməramlı Qüvvələrinin ölkənin hava məkanına cavabdeh olduğu xatırladılıb. "Kosovodakı Sülh Korpusunun komandiri ilk növbədə Bayraktar TB2 də daxil olmaqla hər cür pilotsuz uçuş aparatları və onların təşkili üçün cavabdehdir”, - deyə məlumatda qeyd olunub.
7NEWS.az








