Əfqanıstanın paytaxtı Kabildəki NATO bazasında helikopter qəzası baş verib.
7news.az xarici KİV-ə istinadən xəbər verir ki,hərbi helikopter eniş zamanı yerə çırpılıb.
“Puma MK 2” tipli təyyarənin düşməsi nəticəsində 5 NATO əsgəri ölüb, 5-i isə yaralanıb.
İngiltərə Müdafiə Nazirliyi açıqlamasında ölən iki əsgərin ingilis olduğunu bildirib.
Qəzaya səbəb helikopterin eniş əsnasında üstdə olan təhlükəsizlik balonlarının tellərə ilişməsi göstərilir.
7news.az








