Avqustun 24-də Kiyevdə Ukraynanın Müstəqillik Günü ilə bağlı keçiriləcək hərbi paradda 10 ölkənin hərbçiləri və 11 dövlətin müdafiə nazirləri iştirak edəcək.
Bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak deyib. O bildirib ki, iştirakçı ölkələrdən 9-u NATO üzvü, 1-i isə üzvlüyə çalışan ölkədir: "Bundan başqa, mənim dəvətim əsasında 11 müdafiə naziri də gələcək və biz birlikdə Ukraynanın Müstəqillik Gününü bayram edəcəyik”.
Qeyd edək ki, Kiyevin mərkəzində keçiriləcək parada 4,5 min hərbçi qatılacaq. Onlardan təxminən 1000 nəfəri Donbasda müharibənin iştirakçılarıdır./apa
7news.Az








