RU
NATO liderləri 38 bənddən ibarət bəyannamə imzaladı
14:30
91

NATO liderləri 38 bənddən ibarət bəyannamə imzaladı


NATO liderləri Alyansın koordinasiyası ilə Ukraynaya 40 milyard avro dəstək və silah tədarükü ilə bağlı razılığa gəliblər. 32 üzv ölkə 2026-cı ildə Türkiyədə bir araya gələcək.

7NEWS.az xəbər verir ki, NATO-ya üzv 32 ölkənin liderləri üç günlük görüş üçün Vaşinqtonda toplaşıb. Sammitdən sonra dərc edilən 38 maddədən ibarət birgə bəyannamədə Alyansın Ukraynaya silah yardımında fəal rol alacağına dair bəyanat diqqəti çəkib. Bəyannamədə Alyans üzvlərinin gələn il Ukraynaya ən azı 40 milyard avroluq hərbi yardım göstərmək öhdəliyi yer alırdı. Oktyabrın 1-də vəzifəsini Hollandiyanın keçmiş baş naziri Mark Rutteyə buraxmağa hazırlaşan NATO-nun baş katibi Yens Stoltenberq çoxillik öhdəlik almağa ümid edirdi. Lakin bunun əvəzinə növbəti iclasda öhdəliklərə yenidən baxılacağı bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ