RU
NATO-nun baş katibi qəzaya düşdü
11:20
424

NATO-nun baş katibi qəzaya düşdü

NATO-nun baş katibi Yens Stoltenberq Varşavada avtomobil qəzasına düşüb.

7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa polisi məlumat yayıb.

Məlumata görə, qəza zamanı mühafizə xidmətini təşkil edən büronun iki avtomobili toqquşub.  Baş katibin də avtomobillərdən birində olduğu bildirilir.

Hadisə nəticəsində ikisi polis olmaqla dörd nəfər xəsarət alıb.


 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ