RU
NATO-nun iclasında gərginlik: Çavuşoğlu erməni deputatı susdurdu
14:29
398

NATO-nun iclasında gərginlik: Çavuşoğlu erməni deputatı susdurdu

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasının iclası zamanı gərgin anlar yaşanıb.
 
Xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxışından sonra iclasın sual-cavab hissəsində söz alan Ermənistanın deputatı Koryun Nahapetyan Türkiyəyə qarşı ittihamlar səsləndirib.

Nahapetyanın "Türkiyə İŞİD-ə dəstək verir” - deyə səsləndirdiyi fikirlərə Çavuşoğlu sərt reaksiya verib:

"Müxtəlif fikirlərimiz ola bilər. Amma əvvəl dürüst olmaq lazımdır. Hələ siyasətçilər çox dürüst olmalıdır. Təəssüf ki, ermənilər heç vaxt dürüst olmurlar. Necə yəni İŞİD-də dəstək veririk?. Bu günə qədər hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusu öldürüb?. Heç də dürüst olmayan şəkildə İŞİD-də dəstək verdiyimizi deyirsiniz” - deyə nazir erməni deputatı susdurdu.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ