NATO ölkələrinin müdafiə nazirləri Brüsseldə görüşlərinin ikinci günündə bir araya gəlib.
7NEWS.az xəbər verir ki, NATO-nun Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən Şimali Atlantika Şurasının iclasının açılışında çıxış edən baş katib Yens Stoltenberq bildirib ki, onlar 11-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.
Avropa müdafiə planlarını gözdən keçirəcəklərini bildirən Stoltenberq müdafiə sənayesi istehsalında artan tələbatı qarşılamaq üçün addımlar atacaqlarını bildirib.
7NEWS.az








