RU
NATO təyyarəsi Rusiya laynerinə HÜCUM ETDİ
12:51
391

NATO təyyarəsi Rusiya laynerinə HÜCUM ETDİ

Saxalindən Kurilə uçan Rusiya sərnişin layneri ötən gecə naməlum təyyarə ilə toqquşmadan son anda yayına bilib.

7News.az "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda güc strukturlarındakı mənbə bildirib.

Naməlum təyyarənin hərbi təyyarə olduğu təxmin edilir.

"Rusiyanın "Bombardier” sərnişin təyyarəsi ötən gecə 6 min metr hündürlüklə Saxalindən Kurilə uçub. Ancaq dispetçerlər həmin hündürlükdə laynerə yaxınlaşan naməlum təyyarəni qeydə alıblar. O yerdən göndərilən sorğulara cavab vermirdi”, - deyə agentliyin həmsöhbəti bildirib.

Mənbə bildirib ki, dispetçerlər dəfələrlə naməlum təyyarə ilə əlaqə saxlamağa cəhd ediblər. Ancaq pilotlar əlaqəyə qoşulmayıblar. Bununla belə təyyarənin radiolokasiya siqnalını qeydə almaq mümkün olub. Mənbə qeyd edib ki, təyyarə beynəlxalq təsnifat üzrə NATO blokuna aiddir.

"İnterfaks” bu informasiya ilə bağlı rəsmi şərh ala bilməyib.

 
7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ