"NATO Türkiyədə Rusiya təyyarələri ilə bağlı insidenti təsadüf hesab etmir".
Bunu jurnalistlərə açıqlamasında NATO baş katibi Yens Stoltenberq bəyan edib.
O bildirib ki, Rusiya NATO alyansına vəziyyətlə bağlı real izahat verməyib.
"Təsadüfi gəlmir, iki gün ərzində iki dəfə hava məkanının pozulmasını gördük. Rusiya təyyarələrinin Türkiyə təyyarələrini nişan alıb-almadığı barədə heç nə deyə bilmərəm", - deyə Stoltenberq qeyd edib
NATO iddia edir ki, Rusiyanın təyyarələri Türkiyə hökumətinin xəbərdarlıqlarına baxmayaraq, hava məkanını pozublar.
Rusiya isə vəziyyəti əlverişsiz hava ilə əlaqələndirib./olke.az
7news.az








