RU
NATO və Rusiya generalları Bakıda görüşəcəklər
16:00
333

NATO və Rusiya generalları Bakıda görüşəcəklər

NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Bakıda görüşəcəklər.

7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun kommünikesində bildirilir.

Kommünikedə deyilir ki, bu, NATO-nun Rusiya ilə münasibətləri dondurması barədə qərarından sonra tərəflər arasında ilk görüş olacaq.

"General Petr Pavel və general Valeri Gerasimov sentyabrın 7-də Azərbaycanın paytaxtı Bakı şəhərində görüşəcəklər. Bu görüş generallar arasında bu il martın 3-də baş tutmuş telefon danışığının davamı olacaq”, - deyə məlumatda qeyd olunur.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ