NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali baş komandanı general Kertis Skaparrotti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Qerasimovla görüşəcək.
7news.az İtar-Tacc agentliyinə istinadən xəbər verir ki, bu barədə BuzzFeed portalı adını açıqlamadığı Amerika və Avropanın vəzifəli şəxslərinə istinadən xəbər verir.
Görüşün yanvarda Bakıda keçiriləcəyi bildirilir.
Qeyd edilir ki, bu, 2013-cü ildən bəri keçirilən ilk belə görüş olacaq.








