RU
Naxçıvan Ali Məclisinin iki komitəsi ləğv olunub, sədrin vəzifədən kənarlaşdırılması qaydası təsdiqlənib
14:30
120

Naxçıvan Ali Məclisinin iki komitəsi ləğv olunub, sədrin vəzifədən kənarlaşdırılması qaydası təsdiqlənib

Naxçıvan Ali Məclisi komitələrinin yeni tərkibi təsdiqlənib.

Bu barədə qərar muxtar respublikanın qanunverici orqanının avqustun 1-də keçirilən növbədənkənar sessiyasında qəbul olunub.

İclasda "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiq edilib.

Yeni tərkiblə deputatların sayı 5-dən 10-a çatdırılıb. 6 komitədən 2-si ləğv edilib, 4 komitə isə saxlanılıb. Komitələr daimi fəaliyyət göstərəcək.

Həmçinin sesiyada Ali Məclis sədrinin vəzifədən kənarlaşdırılması qaydası təsdiq edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ