RU
Naxçıvan polisi vətəndaşlarda odlu silahlar aşkarlayıb
17:00
110

Naxçıvan polisi vətəndaşlarda odlu silahlar aşkarlayıb

Naxçıvan MR daxili işlər orqanlarında (DİO) əhalidə qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

 Culfa Rayon Polis Şöbəsinin (RPŞ) əkəməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd "JP-18" markalı ov tüfəngi, Kəngərli RPŞ-nin əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabidin oğlundan 1 ədəd "Teksan-S-870" markalı ov tüfəngi və Şahbuz RPŞ-nin əməkdaşları Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan "F-99" markalı qaz tapançası aşkarlayaraq götürüblər.

Faktlarla bağlı DİO-nun aidiyyəti xidmətləri üzrə araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ