RU
Naxçıvan qarnizonu həyəcan siqnalı ilə qaldırılıb - FOTO/VİDEO
14:53
746

Naxçıvan qarnizonu həyəcan siqnalı ilə qaldırılıb - FOTO/VİDEO

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib.

Bu barədə 7News.Az-a Müdafiə Nazirliyindən bildirilib.

İdarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələr "Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələrin idarəetmə məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.

KQHO-nın əsas məqsədi idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ