"Azərbaycan Hava Yolları”nın (AZAL) Bakıdan Naxçıvana uçan J2 251 reysi Heydər Əliyev Hava Limanına geri qayıdıb.
7news.Az-ın xəbərinə görə, reys hava şəraitinin kəskin pisləşməsi (duman və məhdud görüntü) ilə əlaqədar təxirə salınıb.
Reyslərin qəbulunun mümkünlüyü haqqında təyinat təsdiq edildikdən sonra təyyarə yenidən yola düşəcək.
7news.Az







