RU
Naxçıvanda çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb
15:20
36

Naxçıvanda çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Naxçıvan şəhərində çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Ə.Əliyev 46 ünvanında fəaliyyət göstərən Səfərov Zamiq Sahib oğluna məxsus çörək emalı müəssisəsində gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.

Aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ