RU
Naxçıvanda tələbə bacılar dəm qazından zəhərləndilər
21:00
951

Naxçıvanda tələbə bacılar dəm qazından zəhərləndilər

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənib.

7News.Az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Naxçıvan Dövlət Universitetinin tələbələri, Tovuz rayon sakinləri 2000-ci il təvəllüdlü Xədicə Abdulova və onun 2001-ci il təvəllüdlü bacısı Nailə Abdulova evdə dəm qazının sızmasından zəhərləniblər.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.
Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ