RU
Naxçıvandan sonra İmişlidə də zəlzələ oldu - YENİLƏNİB
10:00
17

Naxçıvandan sonra İmişlidə də zəlzələ oldu - YENİLƏNİB

İmişli rayonunda üç maqnitudalı zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Beyləqan stansiyasından 35 km şimal-şərqdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Təbiət hadisəsi hiss olunmayıb. Yeraltı təkanlar 23:49-da qeydə alınıb. Zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.

20.04.2024 22:09

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 22:01-də Naxçıvan stansiyasından 76 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasının Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında üç bala qədər hiss olunub.
Zəlzələnin maqnituası 4.6, dərinliyi dörd kilometr olub.

22:09

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 4,4 maqnitudalı zəlzələ olub.

Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

İdarənin verilənlərinə əsasən, Bakı vaxtı ilə 22:01-də qeydə alınmış yeraltı təkanların ocağı yeddi kilometr dərinlikdə yerləşib.

Eyni zamanda, "Report”un Naxçıvan bürosunun məlumatına görə, zəlzələ Naxçıvan Muxtar Respublikasında da üç bala qədər hiss olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ