RU
Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
14:50
60

Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan 20 nömrəli 10 kilovoltluq hava elektrik verilişi xətti aparılan təmir işləri ilə əlaqədər açılacaq.

Bu səbəbdən, dekabrın 11-i saat 15:00-dan 16:00-a qədər Naxçıvan şəhərinin Nəcməddin Naxçıvani, Səməd Vurğun və Vüqar Abbasov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ