RU
Naxçıvanın sabiq daxili işlər naziri azadlığa buraxıldı
22:30
117

Naxçıvanın sabiq daxili işlər naziri azadlığa buraxıldı

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov həbsdən azad olunub.

Bu gün Bakı Apellyasiya Məhkəməsində Əhməd Əhmədovun şikayətinə baxılıb və sabiq nazirin iddiası təmin olunub.

Əhməd Əhmədov məhkəmə zalından sərbəst buraxılıb.

O, hazırda tibbi yoxlamadan keçmək üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzindədir.

Xatırladaq ki, Əhməd Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad olunmuş və üzərindən 4 il keçəndən sonra o, müvəqqəti məskunlaşdığı Bakı şəhərindən Naxçıvana çağırılaraq 11 il müddətinə həbs edilmişdi. Sabiq nazir külli miqdarda dövlət əmlakını mənimsəməkdə günahlandırılmışdı./missiya
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ