RU
“Naxçıvanın silah-sursatı bütövlükdə Ermənistanın silah və texnika arsenalından güclüdür”
22:32
2362

“Naxçıvanın silah-sursatı bütövlükdə Ermənistanın silah və texnika arsenalından güclüdür”

Hərbi ekspert: “Bizim Naxçıvanda olan silah-sursatımız Ermənistanın bütövlükdə ordusunda olan silah və texnika arsenalından həm keyfiyyətinə, həm də parametrlərinə görə çox-çox güclü və üstündür”.

Bu sözləri NAXCİVANXEBERLERİ.COM-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərli bildirib.

“Naxçıvanın silah-sursatı bütövlükdə Ermənistanın silah və texnika arsenalından güclüdür”

“Naxçıvanın silah-sursatı bütövlükdə Ermənistanın silah və texnika arsenalından güclüdür”

 

 

 

 


Xatırladaq ki, aprel ayında baş verən dördgünlük müharibədən sonra erməni mətbuatında ermənilərin Naxçıvanla sərhəd kəndləri boşaldıb əhalinin köçürülməsi ilə bağlı məlumatlar yayılmışdı. Eyni zamanda dördgünlük müharibə zamanı Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu AŞPA-dakı çıxışı zamanı Ermənistan ordusunun Naxçıvana atəş açmasını təhlükəli adlandırmışdı. Əgər erməni ordusu bu təxribatı yenidən təkrar edərsə, bu Dağlıq Qarabağ savaşının başlamasına təkan verə bilərmi?
Bu mövzu ilə bağlı NAXCİVANXEBERLERİ.COM-un əməkdaşı hərbi ekspert Üzeyir Cəfərlinin fikirlərini öyrənib.

“Şəxsi düşüncəmə görə, Ermənistan hər zaman Naxçıvana qarşı çox çirkin və məkrli planlara malik olub. Onların imkanları və gücləri olsaydı, çoxdan blokada şəraitində olan muxtar respublikaya qarşı da öz havadarları vasitəsiylə ərazi iddialarını həyata keçirərdilər. Amma, çox qorxurlar və bu qorxunun da səbəbləri bəllidir. Əgər bu bədnam qonşularımız 90-cı illərin əvvəllərində Naxçıvana qarşı öz niyyətlərini həyata keçirə bilmədilərsə, bu gün bu arzu və ya istək onlara heç vaxt nəsib olmayacaq. Elə "DQR"-nın başkəsən və onlar üçün çox önəmli olan sabiq "müdafiə nazirləri" Samvel Babayanın son müsahibəsində hər şey çılpaqlığı ilə açıqlanıb. O açıq şəkildə etiraf edib ki, Naxçıvanda olan silahlar və döyüş ruhu çox qısa bir zamanda 42 kilometr məsafədə olan İrəvan üçün faciələr gətirə bilər.


Üzeyir Cəfərli: “Əgər erməni ordusu bu təxribatlarını yenidən təkrar edəcəksə, bu Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyəti tərəfindən çox sərt və amansız şəkildə cavablandırılacaqdır”.


Aprel ayında Silahlı Qüvvələrimizin çox məhdud sayda şəxsi heyətlə düşmənin həmləsini dəf edərkən ortalığa qoyduğu nəticə bütün Ermənistanı şoka salmışdı. Qorxu və panik əhval-ruhiyyə hissi o qədər çox idi ki, Qarabağdan çox-çox uzaq olan Naxçıvanla sərhəddə belə yaşayan vətəndaşları da qorxu və təlaş içində idilər. Onlar başa düşürdülər ki, ermənilərin avantyürasının nəticəsi kimi, ola bilsin ki, cəbhəyanı kəndləri də yanlış siyasətin və ağılsızlığın qurbanına çevrilsinlər. Bir də, onlar zatən qorxaq olduqlarını, onun-bunun əlində alət olmasını bir daha özləri bilmədən də sübut etmiş oldular.


Dördgünlük müharibə zamanı Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun AŞPA-dakı çıxışı da elə-belə çıxış deyildi. Təcrübəli diplomat Ermənistan ordusunun Naxçıvana atəş açmasının hardan qaynaqlandığını dolayısı yolla bütün dünyaya açıqlayırdı. Məlum Rusiya-Türkiyə gərginliyinin fonunda öz havadarlarının sifarişi ilə Naxçıvanı da bu təxribatlara cəlb etmək istəyinin cavabsız qalmayacağını bildikləri üçün bu addımı atdıları diplomatik dillə çatdırılırdı. Bildiyimiz kimi, Türkiyə Naxçıvanın təhlükəsizliyi və müdafiəsi məsələlərinə cavabdehlik daşıdığına görə, məhz bizim şimal qonşumuz belə bir təhlükəli addımı öz vassaları vasitəsiylə atmağa uğursuz cəhd edirdi. Sözsüz ki, əgər erməni ordusu bu təxribatlarını yenidən təkrar edəcəksə, bu Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyəti tərəfindən çox sərt və amansız şəkildə cavablandırılacaqdır. Bizim Naxçıvanda olan silah-sursatımız Ermənistanın bütövlükdə ordusunda olan silah və texnika arsenalından həm keyfiyyətinə, həm də parametrlərinə görə çox-çox güclü və üstündür”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ