RU
Naz evlilik proqramını birdəfəlik tərk etdi - VİDEO
12:07
680

Naz evlilik proqramını birdəfəlik tərk etdi - VİDEO

"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişində yer alan azərbaycanlı gəlin Naz Mila proqramı birdəfəlik tərk edib.

7News.az xəbər verir ki, verilişdə Kubilay adlı gənc Nagihan adlı iştirakçıya evlilik təklifi edib və "Hə" cavabı alıb.

Canlı yayımda romantik keçən evlilik təklifindən təsirlənən Naz göz yaşlarına hakim ola bilməyib. Mila belə bir təklifin ona da edilməsini arzulayıb.

Daha sonra azərbaycanlı gəlin aparıcıdan Əlinin yeni görüşdüyü Qamze adlı qızla münasibətlərinin hansı yerdə olduğunu soruşub.

Aparıcı Zuhal ötən günə qədər cütlüyün çox yaxşı münasibətdə olduğunu, hətta, birlikdə şam etdiyini deyib. Bundan sonra Naz proqramdan getmək istədiyini açıqlayıb və verilişi tərk edib.

 

Z.Topal iştirakçının fikirlərinə hörmət etdiyini vurğulayıb.//milli

7News.az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ