RU
Nazarbayev İlham Əliyev və Sarkisyana zəng etdi
19:42
1003

Nazarbayev İlham Əliyev və Sarkisyana zəng etdi

“Burada əsas rol Minsk Qrupuna aiddir”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan və Ermənistan prezidentləri ilə telefon əlaqəsi saxlayıb. 

Telefon danışığı zamanı N. Nazarbayev  Dağlıq Qarabağ ətrafında baş verən son hadisələrdə həyatını itirən mülki insanlar və hərbi qulluqçularla bağlı başsağlığı verib.
 
Qazaxıstan prezidenti hər iki lideri gərginliyin azaldılmasına və beynəlxalq hüquq əsasında danışıqların bərpa olunmasına çağırıb. “Burada əsas rol Minsk Qrupuna aiddir”, - deyə məlumatda qeyd edilib.
 
Telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ