RU
Nazarbayev səlahiyyətlərinin bir hissəsini parlament və hökumətə verir
22:30
324

Nazarbayev səlahiyyətlərinin bir hissəsini parlament və hökumətə verir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu axşam ölkə telekanalları vasitəsi ilə xüsusi müraciət yayıb.

N.Nazarbayev çıxışı zamanı konstitusiya islahatları ilə bağlı referendumun keçiriləcəyini deyib.

Dövlət başçısı 40-a qədər səlahiyyətin hökumət və parlamentə verilməsini təklif edib.

"Əsas məsələ odur ki, prezident səlahiyyətlərinin bir qismini parlament və hökumətə verir. Ölkə başçısı bundan sonra daha çox milli təhlükəsizlik, xarici siyasət kimi məsələlərlə məşğul olacaq. Hökumət və parlamentin rolu isə kifayət qədər artacaq”./trend

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ